Ufuk Ceylan "Qalatasaray"dan getdi!

Ufuk Ceylan "Qalatasaray"dan getdi!

İstanbulun "Qalatasaray" futbol klubunun qolkiperi olan Ufuk Ceylan, komanda ilə yollarını ayırıb. Siasport.az saytı Türkiyənin "Sporx.com" idman saytına istinadən xəbər verir ki, 2009-cu ildə "Manisaspor"dan İstanbul klubuna transfer olunan 29 yaşlı qolkiper, baş məşqçi Fatih Terimlə görüşərək komandadan ayrılmaq istədiyini deyib. F.Terimin klub rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində hələ 1 il "cim bom"la müqaviləsi qüvvədə olan 29 yaşlı qolkiperin gedişinə razılıq verilib. Müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. U.Ceylan F.Terim və futbolçu yoldaşları ilə vidalaşaraq klubun bazasını tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə