"Beşiktaş" kolumbiyalı futbolçu transfer etdi

"Beşiktaş" kolumbiyalı futbolçu transfer etdi

İstanbulun "Beşiktaş" futbol klubu daha bir transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, "qara qartal" Kolumbiyanın "Millonarios" klubunda forma geyən 22 yaşlı Pedro Franko ilə 5 illik müqavilə imzalayıb. "NTV Spor"un yaydığı xəbərdə deyilir ki, kolumbiyalı futbolçu bu gün klubun bazasına gələrək təlim-məşq toplanışına qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə