Andrey Arşavin "Arsenal" haqqında danışdı

Andrey Arşavin "Arsenal" haqqında danışdı

Futbol koryerasını bundan sonra "Zenit"də davam etdirəcək Andrey Arşavin, keçmiş komandası olan London "Arsenal"ı barədə danışıb. Siasport.az saytı xəbər verir ki, 32 yaşlı oyunçu "Sport Express"ə müsahibəsində London klubunda psixoloji olaraq çox çətinliklər yaşadığını deyib: "Orada olmaq cəza kimiydi. Nə qədər çox çalışsanız da, oynamayacağını bilmək psixoloji olaraq çox çətindir. Az qala depresiyaya düşəcəkdim. Monotonluq məni çox yorurdu. İngiltərədə qalmaq istəmədim. Peşman deyiləm. Ayrılmaq zamanım gəlmişdi".

Bütün xəbərlər Facebook səhifəmizdə