"Barselona"nın argentinalı futbol ulduzu Leonel Messi, əzəli rəqibləri olan Madrid "Real"ının keçmiş baş məşqisi portuqaliyalı Joze Mourinyo barədə danışıb. Siasport.az saytı xəbər verir ki, Seneqalda səfərdə olan argentinalı ulduz futbolçu bildirib ki, o J.Mourinyonun "Çelsi"də uğur qazanacağına əmindir: "Joze Mourinyo dünyanın ən yaxşı məşqçilərindən biridir. Onun "Çelsi"yə ikinci qayıdışının uğurlu olacağına şəxsən əminəm. Çünki əvvələr də məhz J.Mourinyonun rəhbərliyi altında "Çelsi" böyük uğurlara imza atmışdı. Məncə J.Mourinyo dünyada öz işini bilən ən yaxşı baş məşqçilərdən biridir."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB