"NEK" hollandiyalı futbolçunun "Neftçi"yə keçəcəyini elan etdi!

"NEK" hollandiyalı futbolçunun "Neftçi"yə keçəcəyini elan etdi!

Bakının "Neftçi" futbol klubu hollandiyalı futbolçu Melvin Platyeni heyətinə cəlb etməyə çox yaxındır. Siasport.az saytı xəbər verir ki, futbolçunun məxsus olduğu "NEK" futbol klubu öz rəsmi səhifəsində artıq "Neftçi" ilə razılığa gəlindiyini və futbolçunun Bakı klubuna keçidi üçün heç bir problemin qalmadığını elan edib. Klubun saytında yerləşdirilən xəbərdə deyilir ki, hollandiyalı futbolçu yaxın günlərdə tibbi baxışdan keçdikdən sonra Azərbaycan çempionu ilə rəsmi müqavilə imzalayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə