Uimbledon Açıq Tennis Turniri davam edir. Siasport xəbər verir ki, qadınlar arasında yarışın qalibi olmağa ən real namizəd olan Serena Uilyams növbəti qələbəsini qazanıb.
Amerikalı tennisçinin ikinci turda rəqibi Karoline Qarsiya olub. Bu mövsüm qarşısına çıxan hər kəsi məğlub edən Serena 20 yaşlı fransız rəqibini çətinlik çəkmədən məğlub edib (6:3, 6:2) və üçüncü tura vəsiqə qazanıb. Fransa Açıq Tennis Turnirin son qalibi bu qələbəsini cəmi 65 dəqiqədə rəsmiləşdirib.
Bununla da Serenanın məğlubiyyətsizlik seriyası 33 oyuna çatıb. Qadın tennisinin 1 nömrəsi sonuncu dəfə bu ilin fevralında Dubayda keçirilən turnirin ikinci turunda Marion Bartoliyə uduzub.
Serenanın üçüncü turdakı rəqibi yapon tennisçi Kimiko Date Krumm olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB