"Mançester Yunayted" Saleh Uçanı transfer etmək istəyir

"Mançester Yunayted" Saleh Uçanı transfer etmək istəyir

İstanbulun "Fənərbaxça" futbol klubunun gənc forvardı Saleh Uçan İngiltərənin "Mançester Yunayted" futbol klubunun transfer hədəfindədir. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet" qəzetinə bir vaxtlar "Sivasspor"un baş məşqçisi olmuş Muhsin Ertuğral məlumat verib. O bildirib ki, hazırda "qırmızı şeytanların" meneceri olan yaxın dostu Quinton Fortune ingilis klubunun gənc "Fənərbaxça"lının izlədiyini söyləyib. Onun dediyinə görə, "Mançester Yunayted" S.Uçanın transferi ilə bağlı gələcək həftə ərzində İstanbula menecerlərini göndərəcək. İstanbulda keçirilən futbol üzrə 20 yaşlılardan ibarət Dünya Çempionatında Türkiyə millisinin heyətində çıxıç edən S.Uçan həm də başqa Avropa klublarının da diqqət mərkəzindədir. Türkiyə mediyası yazır ki, "Yuventus" və "Napoli" də bu gənc ulduz futbolçunu heyətində görmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə