"Şuşa-09" toplanışlara başladı

"Şuşa-09" futbol klubu bu gün təlim məşq toplanışı keçirdi. Bu gün səhər saat 10-da toplanan komanda Şəfa stadionun əvəzedici qazonunda məşqlərə start verib. Siasport xəbər verir ki, sleksiya xarekteri daşıyan toplanışda komandaya yeni qoşulan futbolçular baxışdan keçib. Baxışda olan futbolçuların arasında İranın "Peykan" komandasının gənc oyunçusu Hamed Dağestane də olub. Sonda baş məşqçi Nadir Qasımovun rəhbərliyi altında iki tərəfli oyunda futbolçular öz oyunlarını sərgiləyiblər.

Qeyd edək ki,klubun baş məşqçisi Nadir Qasımovdan adlığımız məlumata görə, yaxın günlərdə "Şuşa-09" klubu "Azal" ilə yoldaşlıq oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə