Şarapova rəzil oldu

Sürprizlərlə dolu Uimbledon Tennis Turnirində daha bir sensasiya qeydə alınıb. Siasport xəbər verir ki, qadın tennisinin 3 nömrəsi Mariya Şarapova özündən qat-qat zəif rəqibinə yenilib.

İkinci turda Mişel Larçer de Brito ilə qarşılaşan rus tennisçi heç cür istədiyi oyunu sərgiləyə bilməyib və məğlubiyyətlə barışıb. Bununla da 20 yaşlı portuqaliyalı karyerasının ən böyük uğurunu qazanıb. Mişel karyerası ərzində ilk dəfə Uimbledon turnirinin 3-cü turuna çıxıb.

Qeyd edək ki, Şarapovanı məğlub edən Mişel dünya sıralamasında 131-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə