"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu

"Beşiktaş"ın yeni baş məşqçisi bəlli oldu

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib. Siasport-un "Ntvspor"a istinadən verdiyi məlumata görə, "qara qartallar"ı yeni mövsümdən Moskva "Lokomotiv"inin sabiq baş məşqçisi Slaven Biliç çalışdıracaq.

Klub xorvatiyalı mütəxəssislə iki illik müqavilə imzalayıb. Biliçin iyunun 27-də İstanbula gəlməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə