"Beşiktaş"dan növbəti transfer

"Beşiktaş"dan növbəti transfer

"Beşiktaş" klubu daha bir futbolçunu transfer edib.

Siasport xəbər verir ki, Fransanın "Renn" klubunun futbolçusu Mevlüt Ərdinçlə razılığa gələn "ağ-qaralar" yaxın günlərdə onunla müqavilə imzalayacaq. Razılığa əsasən türkiyəli futbolçuya ildə 1.2 milyon avro ödəniləcək.

Qeyd edək ki, "Beşiktaş" bundan əvvəl "Rubin"dən Gökhan Törəni heyəinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə