"Barselona" və "Atletiko" nun sabiq üzvü Bakı klubunda

"Barselona" və "Atletiko" nun sabiq üzvü Bakı klubunda

"İnter"in düşərgəsindəki yeni əcnəbilərdən birinin kimliyi müəyyənləşib. Siasport xəbər verir ki, bu, İvan Benitezdir.

25 yaşlı mərkəzi yarımmüdafiəçi "Krasnodar"la oyunda meydana çıxıb. Onun son iş yeri Cənubi Kiprin "Nea Salamis" klubu olub. 2011-ci ildən bu klubda çıxış edən Benitez 43 oyunda meydana çıxıb.

"İnter"in baxışa çağırdığı futbolçu 2007-cu illərdə İspaniyanın "Las Palmas" klubunun A və B komandalarında çıxış edib. 2009/10 mövsümündə "Barselona"nın B komandasında 12 oyun keçirən müdafiəçi 2010-da "Atletiko"nun B komandasının formasını geyinib – 7 oyun. Benitez 2011-ci ildə Cənbui Kiprin "Doxa" klubunda çıxış edib (10 oyun).

O, İspaniya U-19-nun sabiq üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə