Levoçkina dırmanma üzrə dünya kubokundan danışdı

Levoçkina dırmanma üzrə dünya kubokundan danışdı

"Artıq sevindirici bir haldır ki, Azərbaycan da bu idman növü inkişaf edir". Bu fikirləri Siasport-a açıqlamasında idman dırmanması üzrə dünya çempionu,rusiyalı Yuliya Levoçkina bildirib.

Dünya çempionu "Küləklər şəhərində" ilk dəfə keçirilən Dünya Kubokunun təşkilat komitəsin çox peşəkar olduğunu vurğulayıb. Levoçkina turnirin mənzərəli yerdə - Xəzər dənizi sahilində keçirilməsinin idmançıların istirahətinə birbaşa dəstək olduğunu vurğulayıb.

Qeyd edək ki, çempion keçən il Parisdə keçirilmiş dünya çempionatı ilə müqayisədə Bakıdakı Dünya Kubokunda yarış vaxtı qidalanmanın yüksək səviyyədə olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə