Roninin İstanbul klubuna keçidində problem var

Roninin İstanbul klubuna keçidində problem var

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo Türkiyənin "Beşiktaş" klubundan rəsmi təklif alıb.

Siasport xəbər verir ki, bu barədə futbolçunun meneceri Lasaro da Kunha açıqlama verib.

Kunha "Beşiktaş"ın Ronaldinyoya rəsmi təklif göndərdiyini təsdiqləyib: "Beşiktaş" klubu mənimlə görüşdü. Ronaldinyonun İstanbul klubuna keçidində problem yoxdur.

Ancaq bir məsələ var ki, Ronaldinyonun "Atletiko Mineyro" klubu ilə daha bir illik müqaviləsi olduğundan "Beşiktaş" təzminat ödəməlidir. Türkiyə təmsilçisi isə bu təzminatı ödəmək istəmir. Bu səbəbdən Ronaldinyonun transferi mümkünsüz görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə