"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo yeni mövsüm üçün növbəti transfer hədəfini açıqlayıb.
Siasport xəbər verir ki, portuqaliyalı mütəxəssis sabiq futbolçusu Madrid "Real"ının yarımmüdafiəçisi Xabi Alonsonu transfer etmək istəyir.
London təmsilçisinin yaxın günlərdə ispaniyalı futbolçuya rəsmi təklif göndərəcəyi bildirilir. Lakin "Real"ın Alonsonun transferi üçün yüksək məbləğ istəyəcəyi gözlənilir.
Qeyd edək ki, Xabi Alonso ötən mövsüm 28 oyunda forma geyinib və 5 məhsuldar ötürməyə imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB