Paralimpiyaçılarımız səfərdə

Paralimpiyaçılarımız səfərdə

Sabah paralimpiyaçı kamandan oxatanlarımız İngiltərəyə yola düşəcək. Paralimpiya Komitəsindən Siasport-a verilən xəbərə görə, səfərdə məqsəd Stok Mandevil şəhərində beynəlxalq turnirdə iştirak etməkdir.

Komandamız yarışa 5 nəfərlik heyətlə gedəcək. Baş məşqçi Tahir Adilovun komandasının bu turnirdə mübarizə aparması Tailandın paytaxtı Banqkokda keçiriləcək dünya çempionatına hazırlığın son mərhələsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə