Filip Holosko rus klublarının maraq dairəsindədir

İstanbulun "Beşiktaş" futbol klubunun slovakiyalı forvardı Filip Holosko, Rusiya klublarının maraq dairəsinə düşüb. Siasport.az saytı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, şimal qonşumuzun "Rubin", "Lokomotiv" və "Spartak" futbol klubları F.Holoskonu öz heyətlərində görmək istəyirlər. Saytın yazdığına görə, F.Holosko ilə Kazan təmsilçisi daha çox maraqlanır. Belə ki, "Rubin" F.Holosko üçün konkret təkliflə "Beşiktaş"a müraciət də edib. Kazan təmsilçisi Gökhan Töre ilə F.Holoskonun qarşılıqlı transferi barədə tkliflə "qara-qartallara" müraciət ünvanlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə