Artıq dünəndən Avstriyada təlim-məşq toplanışında olan Bakının "Neftçi" futbol klubu haqqında İngiltərənin "The Telegraph" qəzeti maraqlı xəbər dərc edib. Siasport.az saytı xəbər verir ki, nüfuzlu ingilis qəzetinin yazdığına görə, son Azərbaycan çempionu Hollandiyanın NEK futbol klubunun hücumçusu Melvin Platjenə maraq göstərir. Qəzetin yazdığına əsasən, artıq futbolçu ilə danışıqlar baş tutub. Qəzet son Azərbaycan çempionunun Platjendən bu gün üçün qəti cavab gözlədiyini yazıb. Qeyd edək ki, 24 yaşlı Platjenin NEK-lə 2014-cü ilin iyun ayına qədər müqaviləsi var. O, 2011/12 mövsümündə çıxdığı 52 oyundan 13 qol vurub. Ötən mövsüm isə NEK-in yeni baş məşqçisi Aleks Pastoorla problemi yarandığı üçün əsas heyətdə yerini itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB