Ərtuğrul Sağlam "Antalyaspor"da baş məşqçi olacaq?

Ərtuğrul Sağlam "Antalyaspor"da baş məşqçi olacaq?

Türkiyənin "Bursaspor" futbol klubunun keçmiş baş məşqçisi olan Ərtuğrul Sağlam, məşqçilik koryerasını yeni komandada davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, "Bursaspor"u tarixində ilk dəfə Türkiyə çempionu edən və UEFA Çempionlar Liqasına qədər daşıyan gənc futbol mütəxəssisi ilə "Antalyaspor" maraqlanır. Türkiyənin "Ntvspor.net" idman saytı yazır ki, artıq Antalya şəhərinin təmsilçiləri Ə.Sağlamla danışıqlara da başlaybılar. "Antalyaspor" futbol klubunun prezidenti Güntekin Gencer jurnalistlərə bildirib ki, artıq Ə.Sağlamla prinsipial razılıq əldə olunub. Onun dediyinə görə, qalan bütün xırda detallar şənbə günü keçiriləcək görüşdə konkretləşdiriləcək. Bundan sonra isə, məsələ müqavilə imzalanmasına qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə