Braziliya əhalisinin ölkədəki iqtisadi böhran vaxtında 2014-cü ildə futbol üzrə Dünya Çempionatının bu ölkədə keçirilməsinə qarşı etiraz aksiyalarına başlamasına FİFA rəhbəri Yozef Blatter də münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, braziliyalıların bu etiraz aksiyasından incik olan ali futbol qurumunun rəhbəri, "İTAR-TASS" agentliyinə müsahibəsində bildirib ki, dünya Çempionatının buarada keçirilməsini elə Braziliyanın özü istəyib: "Mən yerli sakinləri başa düşürəm. Ancaq burada futbolun təşkil olunması insanları bir araya gətirmək, onlar arasında körpü yaratmaq və hər kəsi xoşbəxt etmək üçündür. Braziliya özü ev sahibliyinə namizədliyini irəli sürüb. Heç kəs onları buna məcbur etməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB