"Orduspor" Azərbaycandan daha bir futbolçu alır

"Orduspor" Azərbaycandan daha bir futbolçu alır

Türkiyənin PTT Birinci Liqasında yarışacaq "Orduspor" Branimir Subaşicdən sonra Azərbaycan çempionatında çıxış edən daha bir futbolçunu transfer etmək istəyir. Siasport xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən klub "Qəbələ"nin oyunçusu Yannik Kamananla danışıqlar aparır. Əmrə Aygün və Branimir Subaşiçin transferinə baxmayaraq "Orduspor" sabiq forvardını komandaya gətirərək hücum xəttini daha da gücləndirmək niyətindədir.

Məlumatda qeyd edilib ki, klub Kamananla razılığın əldə olunmasına çox yaxındır. Əgər bu transferin gerçəkləşməsində problem yaransa, "Orduspor" başqa oyunçularla danışıqlara başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə