"Neftçi" bu axşam Avstriyada ilk məşqinə çıxacaq

"Neftçi" bu axşam Avstriyada ilk məşqinə çıxacaq

Bakının "Neftçi" futbol klubu bu gün səhər təlim məşq toplanışı üçün Avstriyaya gedib. Siasport.az saytı xəbər verir ki, futbol üzrə son Azərbaycan çempionu və ölkə kubokunun sahibi axşam saatlarında ilk məşqini keçəcək. Qeyd edək ki, Böyükağa Hacıyevin komandası Avstriyada bir neçə yoldaşlıq görüşü keçirəcək. Son azərbaycan çempionunun qarşılaşacağı rəqiblərdən "Slaviya" (Çexiya), "Vasluy" (Rumıniya), Rusiya klubları "Volqa" və "Terek"in adı məlumdur. İlk yoxlama oyunu isə iyunun 29-na nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə