"Xəzər Lənkəran" klubun fəxri prezidenti və Palmali şirkətlər qrupunun sahibi Mübariz Mənsimov dünyanın ən yaxşı futbolçularından olan Madrid "Real"ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu Türkiyəyə gətirəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənini nüfuzlu "Hürriyət" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, azərbaycanlı iş adamı ABŞ-in məşhur ləl-cəvahirat markalarından olan Jacob&Conun Bodrumda ilk mağazasını açacaq. Mağazanın açılış mərasiminə Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo da qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB