"Mançester Yunayted" Muslera üçün "Qalatasaray"a 24 milyon avro təklif etdi!

"Mançester Yunayted" Muslera üçün "Qalatasaray"a 24 milyon avro təklif etdi!

İngiltərənin "Mançester Yunayted" futbol klubu, hazırda İstanbulun "Qalatasaray" klubunda forma geyən Fernando Muslera üçün İstanbul klubuna təklif göndərib. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "qırmızı şeytanların" menecerləri "Qalatasaray"ın rəsmi nümayəndəsi olan Lütfi Arıboğan ilə təmasa keçərək, "Mançester Yunayted"in 24 milyon avroluq transfer təklifini ona çatdırıblar. "Qalatasaray"ın ardıcıl iki dəfə Türkiyə çempionu olmasında və UEFA Çempionlar Liqasında uğurla çıxış etməsində böyük pay sahibi olan uruqvay millisinin qolkiperi üçün "qırmızı şeytanların" 24 milyon avroluq transfer təklifi klub rəhbərliyini qane etməyib. Belə ki, klub prezidenti olan Ünal Aysal F.Musleranı ancaq 30 milyon avroya satmağı planlaşdırdıqlarını elan edib. Məlumata əsasən, artıq "Mançester Yunayted"in menecerləri istanbula gələrək "Qalatasaray" rəhbərliyi ilə danışıqlara başlamağa hazırlaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə