"Çelsi"nin forvardı: "Qalatasaray"da oynamaq istəyirəm

"Çelsi"nin forvardı: "Qalatasaray"da oynamaq istəyirəm

Uzun zamandır ki, adı İstanbulun "Qalatasaray" futbol klubu ilə hallandırılan İngiltərənin "Çelsi" futbol klubunun forvardı Obi Mikel, gələcək koryerası barədə danışıb. Siasport.az saytı xəbər verir ki, "zadəğanların" qaradərili nigeriyalı forvardı "cim bom"un ona transfer təklifi ilə müraciət etdiyini etiraf edərək, "Qalatasaray"da çıxış etmək istədiyini bəyan edib: "Mənim indiki zamanda "Qalatasaray"dan təklif almağım çox qürurvericidir mənim üçün. İstanbul klubunda çıxış etməyi çox istəyirəm. Yaxın dostum olan Didye Droqba ilə "Qalatasaray" barəsində danışmışıq. O mənə heç bir tərəddüd etmədən İstanbula gəlməyimi məsləhət gördü. Hər iki komanda razılaşsalar, yəqin ki, mənim "Qalatasaray"a keçidimdə problem yaşanmaz. Maliyyə baxımdan heç bir xüsusi şərtim yoxdur. UEFA Çempionlar Liqasında əzmkar oyun sərgiləyən "Qalatasaray" kimi bir komandaya getməyi çox istərdim."

Bütün xəbərlər Facebook səhifəmizdə