Tələbələrimiz Afinaya gedib

Afinada Beynəlxalq Olimpiya Akademiyası tərəfindən Gənc İştirakçıların 53-cü Sessiyası keçiriləcək. Həmin tədbirə Azərbaycanlı tələbələr də dəvət olunublar. Siasport Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4 tələbəsi və 1 müəllimi, o cümlədən 1 məşqçi Afinaya ezam olunublar.

Tələbələr "Olimpiya dəyərləri", "Olimpizm və sülh", "Olimpizm və humanizm dəyərləri", "Olimpiya hərəkatının tarixi", "Olimpiya təhsili" və digər mövzularda mühazirələr dinləyir, seminarlarda iştirak edirlər.

Daha sonra tələbələr Afinanın tarixi yerlərilə qısa tanışlıqdan sonra qədim Olimpiya kəndinə yola düşublər. İngilis dilində təşkil edilən bu tədbirin əsas proqramı məhz Olimpiya kəndində həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə