Avrokuboklarda püşkatma nə vaxt olacaq?

Avrokuboklarda püşkatma nə vaxt olacaq?

Bu mövsüm UEFA Çempionlar Liqasında və Avroliqada püşkatma mərasimlərinin başlama saatı müəyyənləşib. Siasport.az saytı UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bundan bir saat sonra Avropa Liqasının I təsnifat mərhələsinin, saat 17:30-da isə II təsnifat mərhələsinin püşkü atılacaq. Hər iki turnirin püşkatma mərasimi iyunun 24-də, İsveçrənin Nyon şəhərində keçiriləcək. Qeyd edək ki, bu mövsüm "Neftçi" ölkəmizi Çemçpionlar Liqasında, "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları Avroliqada təmsil edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə