Gələn mövsüm üçün I Divizionda iddialı komanda yaratmaq istəyən Naxçıvanın "Araz" komandası artıq heyətini gücləndirmə işlərinə başlayıb.
Siasport xəbər verir ki, "Bakı"nın futbolçusu Vüqar Bəybalayev artıq gələn mövsümdən "Araz"ın şərəfini qoruyacaq. İki komanda arasında danışıqlar müsbət nəticələrlə yekunlaşdığından, futbolçu sabah sənədlərini verib, Naxçıvana bilet də alacaq. O, Naxçıvan klubuna 1 illik icarə əsasında keçib: "Əsgər Abdullayevlə danışdım, artıq hər şey qaydasındadır. İnşallah, 2-3 günə Naxçıvana yollanacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB