Futbol üzrə Rusiya millisinin baş məşqçi olan italyan futbol mütəxəssisi Fabio Kapello, məşqçilik koryerasını Fransada davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, məşhur italyan mütəxəssis, son vaxtlar ulduz transferlərlə dünya futbolunun bir nömrəli müzakirə obyekti olan "PSJ"-nin hədəfindədir. Karlos Ancelottinin gedişindən sonra heç bir məşqçi ilə razılığa gələ bilməyən fransız klubu, F.Kapello ilə anlaşmaq üçün hərəkətə keçib. İtaliyanın "Sky Sport İtalia" nəşri yazır ki, artıq "PSJ"-nin menecerləri Moskvada F.Kapello ilə danışıqlara da başlayıblar. Məlumata əsasən, fransız klubu italyan mütəxəssisə Rusiya millisində qazandığından 3 dəfə çox əmək haqqı təklif edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB