"Bakı" hələ də yeni baş məşqçisini, eləcə də klubun digər rəhbər şəxslərinin kim olacağını ictimaiyyətə açıqlamağa tələsmir. Buna baxmayaraq, artıq bəzi məqamlar bəllidir. Siasport xəbər verir ki, paytaxt klubunu bundan sonra serbiyalı mütəxəssis Milinko Pantiçin çalışdıracağı dəqiqləşib. Onun köməkçiləri isə ispaniyalı mütəxəssislər olacaqlar.
Bu arada "Bakı"nın yeni idman direktorunun da ispan mütəxəssis olacağı müəyyənləşib. Onun adı hələlik gizli saxlanılır.
Qeyd edək ki, paytaxt klubunun idman direktorunun fransalı Jan-Pyer Papen olacağı bildirilirdi. Lakin görünür, "Bakı"nın ötənlərin məşhur futbolçusu ilə danışıqları baş tutmayıb.
Sonda onu da bildirək ki, "Bakı"nın prezidenti Hafiz Məmmədov klubun yeni strukturunu yaxın bir həftə ərzində tam formalaşdırıb, ictimaiyyətə açıqlamağa hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB