20 iyun 2013-cü il tarixində saat 16:00-da Qafqaz Baku City Hotelində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Real Madrid Fondu ("Fundación Real Madrid") ilə birgə həyata keçirdiyi "Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə İnteqrasiyası" adlı sosial layihəsinin təqdimat mərasimi keçiriləcək.
Siasport xəbər verir ki, təqdimat mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, "Real Madrid" Fondunun məşqçi mütəxəssisi cənab Victor De Arce, layihənin əsas tərəfdaşları olan Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondu, "Azəridmanservis" MMC, Standard Insurance və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının səlahiyyətliləri ilə birgə hökumət və qeyri hökumət təşkilatlarının rəsmi nümayəndələri, həmçinin media mənsublarının iştirakı nəzərdə tutulub.
Layihənin əsas məqsədi "Real Madrid" Fondunun sosial idman modeli əsasında Bakı şəhərində ilk sosial futbol məktəbinin yaradılmasıdır.
Layihə 4 illik dövrü əhatə edir və ilk fəaliyyət ilində sosial futbol məktəbinin Bakı şəhəri "Vətən"Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB