Güləşçimizin erməni üzərində qalibiyyəti

Güləşçimizin erməni üzərində qalibiyyəti

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Siasport xəbər verir ki, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində güləşçilərimiz mübarizəyə qoşulub.

Güləşçilərimizdən 3-ü finala qədər irəliləyə bilib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) həlledici mərhələdə Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub.

Ümumilikdə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə