"Rabitədən" yeni transfer

"Rabitə-Bakı" yeni transferi olan Dora Horvatı ictimaiyyətə təqdim edib. Siasport xəbər verir ki, Rusiyanın "Ufimoçka" klubundan transfer olunan Macarıstan millisinin aparıcı voleybolçusu Azərbaycan çempionunun heyətində "18" nömrəli formada oynayacaq. Voleybolçu ilə 3 illik müqavilə imzalanıb.

2004-cü ildən yığmasının heyətinə cəlb olunan Horvat əsasən İtaliya klublarındakı uğurlu çıxışı ilə fərqlənib. 2003-2006-cı illərdə vətənində "Vaşaş"ın heyətində yer alan 187 sm boya malik voleybolçu Apennin yarımadasında "Minevra" (2006-2010), "Novara" (2010-2012) və "Modena" (2012) klublarında oynayıb. O, 2005-ci ildə Macarıstan çempionluğunu yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə