"Lokomotiv" baş məşqçisini istefaya göndərdi

"Lokomotiv" baş məşqçisini istefaya göndərdi

Rusiya "Lokomotiv"i baş məşqçisi Slevan Biliçlə yolları ayırıb.

Siasport xəbər verir ki, xorvatiyalı çalışdırıcı ilə qarşılıqlı razılaşma əsasında bu qərar verilib.

Klubun yeni baş məşqçisinin adı da məlum olub. Yeni mövsümdən Moskva təmsilçisini Leonid Kuçukun çalışdıracağı rəsmən açıqlanıb.

Qeyd edək ki, Biliç 2006-2012-ci illərdə Xorvatiya milli komandasını çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə