"Nanqa Parbat 2013": ekspedisiyanın gündəliyi

"Nanqa Parbat 2013": ekspedisiyanın gündəliyi

Xəbər verdiyimiz kimi, 3 iyun 2013-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq Himalay ekspedisiyasına start verilib. Alpinizm üzrə Azərbaycan milli komandasının üzvləri Pakistana yola düşüblər. Siasport xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, komandamızın məqsədi Nanqa Parbat zirvəsini (8125 m.) fəth etməkdir. Buna qədər idmançılarımız müxtəlif beynəlxalq ekspedisiyaların tərkibində altı dəfə Himalaya yürüşlər ediblər.

Bu, Himalayda milli ekspedisiyamız üçün ilk təcrübədir.

Komandaya, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlı, federasiyanın üzvləri İsmayıl Əsgərov və Rüfət Qocayev daxildir.
Komandamız Diamerskoy divarı üzrə Kinşofer marşrutunu dəf etmək niyyətindədir.

Ekspedisiya Heydər Əliyevin 90 illiyinə həsr olunur.

Paralel olaraq idmançılarımızla yanaşı, Ukrayna, Rusiya, Polşa, Gürcüstan komandaları da Nanqa Parbata ekspedisiya edəcəklər.

Məlumat üçün deyək ki, Nanqa Parbat (8125 m.) – dünyada hündürlüyünə görə doqquzuncu zirvədir. Pakistan ərazisində yerləşən bu dağ Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir. Bu dağ alpinistlər üçün ən sərt dağlardan biri hesab edilir. Belə ki, sözügedən dağ uzun müddət, hündürlüyü səkkiz min metrdən çox olan zirvələr arasında dünya üzrə "ölüm reytinqlərində" birinci idi. Everest, K2 və Annapurnoy dağları ilə yanaşı, Nanqa Parbat onun ətəklərində həlak olan alpinist sayına görə liderdir və buna görə "qatil dağ" adlandırılır.

Nanqa Parbat – 2000 kilometr uzunluğu olan əymə Himalayın dağ silsiləsinin qərb qurtaracağının nəhəng massividir, Pakistanın İnd döngəsində yerləşir. Öz çoxsaylı "daraqlarla", sallaq buzlaq və qayalıq qalalarla, 5000 metrlik divarı ilə öz qonşuları üzərində 1000 m artıq ucalır.
Dağ çox dəhşətli təsir bağışlayır. Balti tayfası onu Diamir (Dağların kralı) adlandırır, lakin o, daha çox Nanqa-Parbat kimi tanınır, sanskrit dilində "dəhşətli çılpaq dağ" deməkdir.

Nanqa Parbat - 8126 m.
Qarşısında zirvəsi - 7910 metr.
Şimali zirvəsi I - 7816 m.
Şimali zirvəsi II - 7785 m.
Gümüş qolu - 7597 m.
Şimal-şərq zirvəsi - 7530 metr.

Bütün xəbərlər Facebook səhifəmizdə