Avstriyaya gedəcək Azərbaycan millisinin heyəti açıqlanıb

Avstriyaya gedəcək Azərbaycan millisinin heyəti açıqlanıb

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 21-dən 23-dək Bakıda, iyunun 23-dən iyulun 1-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq.
Siasport.az saytı AFFA-ya istinadən xəbər verir ki, toplanışa Elməddin Məmmədov (AZAL), Kənan Səfərov ("FC Eintracht Norderstedt"), Şamil Cəmaləddinov ("Sumqayıt"), Sadiq Quliyev ("Qəbələ"), Adil Nağıyev ("İnter"), Bilal Abbaszadə ("Qarabağ"), Budaq Nəsirov ("Turan"), Elvin Camalov ("Qəbələ"), Coşqun Diniyev ("İnter"), Namiq Ələskərov ("Bakı"), Tural Rzayev ("Qarabağ"), Fəhmin Muradbəyli ("Neftçi"), Ruslan Nəsirli ("Sumqayıt"), Mirkamil Həşimli ("Fənərbaxça"), Rüstəm Rüstəmli ("Lokomotiv" Bakı), Tellur Mütəllimov ("Qəbələ"), Elnur Mustafazadə ("Qəbələ"), Ehtiram Şahverdiyev ("Qəbələ"), Mikayıl Babayev ("Timiryazevits", Rusiya) və Fuad Məmmədzadə ("Qarabağ") dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə