Daima qalmaqallı açıqlamaları ilə gündəmə gələn, daha çox isə argentinalı Diyeqo Maradona ilə savaşan dünya futbolunun canlı əfsanəsi Pele, bu dəfə maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, futbol əfsanəsi Mario Balotelli barədə tərifli cümlələr işlədib:"Balotellinin oyununu bəyənirəm. O, əsl hücumçudur. Balotelli buna görə öz fiziki göstəricilərinə minnətdar olmalıdır. Hansı ki, ona bütün vəziyyətlərdə yardımçı olur, rəqibi isə əksinə çətin vəziyyətə salır. Bununla belə, Balotelli özünü sübut etmək üçün üzərində çox çalışmalıdır". Qeyd edək ki, Pele sonda İtaliya millisinin Konfederasiyalar kubokunda uğurlu çıxış edəcəklərinə inandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB