Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev AFFA-nın Türkiyə superliqasının "Fənərbaxça" – "Qalatasaray" oyununun Bakıda keçirilməsinə icazə verməməsinə münasibət bildirib.
Siasport xəbər verir ki, Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçuları və ən gözəl qollarının müəlliflərinin bu gün keçirilən mükafatlandırma mərasimində o deyib ki, bu oyunun Bakıda baş tutmaması ilə Azərbaycan futbolu itirdi: "Onlar ən azı ulduz futbolçuları görə bilmədilər. Bir tərəfdən də futbolumuz qazandı. Çünki azarkeşlərimiz həmin derbidəki qalmalı görsəydilər, bundan da böyük qalmaqal yaradacaqdılar. Bu matçın Bakıda keçirilməməsinin tərəfdarlarından biri də mən idim".
R.Musayev onu da vurğulayıb ki, AFFA-nın bu oyuna icazə verməməsi vaxt məhdudluğu ilə bağlı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB