"Real"ın gündəmində olan "Tottenhem"in futbolçusu Qaret Beyli daha bir klub transfer etmək istəyir.
Siasport-un "Daily Mail" qəzetinə istinadən verdiyi xəbərə görə, uelsi yarımmüdafiəçi üçün PSJ klubu fantastik məbləğ ödəməyə hazırlaşır. Klubun "Tottenhem"ə 100 milyon avro dəyərində təklif göndərəcəyi bildirilir.
Ayrıca Beylin baş məşqçisi Andre Villaş-Boaşla da maraqlanan PSJ-nin hər iki transferi reallaşdırmaq üçün artıq çalışmalara başladığı iddia edilir.
Qeyd edək ki, Beyl son mövsüm oynadığı 52 matçda 31 qol vurub və 17 qol ötürməsi verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB