Əl Şaaravi "Milan"dan gedə bilər

Əl Şaaravi "Milan"dan gedə bilər

"Milan"ın futbolçusu Stefan Əl Şaaravi növbəti mövsüm karyerasını başqa ölkədə davam etdirə bilər. Siasport xəbər verir ki, klubun vitse-prezidenti Adriano Qalliani "Sky Sport"a açıqlamasında oyunçunu sata biləcəklərini deyib: "Əl Şaaravi hazırda komandada ən çox diqqət mərkəzində olan futbolçudur. Onu heç vaxt satmayacağımızı deyə bilmərəm. Çünki hər şey ola bilər".

Qeyd edək ki, 27 yaşlı hücumçu ilə "Mançester Siti" klubu da yaxından maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə