Gökhan Töre: "Beşiktaş" üçün əlimdən gələni edəcəm

Gökhan Töre: "Beşiktaş" üçün əlimdən gələni edəcəm

İstanbulun "Beşiktaş" futbol klubunun yeni transferi olan Gökhan Töre maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Kazan "Rubin"indən İstanbul klubuna keçən türk əsilli futbolçu, yeni komandası ilə bağlı iddialı danışıb. Tibbi müayinədən keçəndən sonra jurnalistlərlə söhbət edən futbol üzrə Türkiyə millisinin forvardı bildirib ki, yeni komandasının uğurları üçün əlindən gələn hər şeyi edəcək. "Beşiktaş" azarkeşlərinin Türkiyədə ən yaxşı azarkeş ordusu olduğunu dilə gətirən G.Töre, azarkeşlərin sevinməsi üçün meydanda var gücü ilə mübarziə aparacağını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə