Hollandiyalı futbolçu "Ştutqart"ı rədd edib "Qalatasaray"ı seçdi!

Hollandiyalı futbolçu "Ştutqart"ı rədd edib "Qalatasaray"ı seçdi!

Futbol üzrə Hollandiya çempionatında çıxış edən daha bir futbolçu "Qalatasaray"da çıxış etmək istəyini elan edib. Siasport.az saytı xəbər verir ki, Hollandiyanın "Roda" futbol klubunda çıxış edən 29 yaşlı Sangarip Malki, futbol karyerasını "cim bom"da davam etdirməyə çox yaxındır. Belə ki, "Qalatasaray" rəhbərliyinin də yaxından maraqlandığı futbolçu, "Ştutqart"ın transfer təklifini rədd edərək, "Hazırda "Qalatasaray"la danışıqlar aparıram" deyərək, alman klubuna keçməkdən imtina edib. Hollandiya çempionatında son iki mövsümdə 45 qola imza atan 29 yaşlı futbolçu, nəhəng futbol klublarının da maraq dairəsinə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə