Futbol üzrə Almaniya Bundesliqasının aparıxı futbol klublarından sayılan "Ştutqart", daha bir transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki. alman klubu "Hannover 96"-da forma geyən isveçli futbolçu Məhəmməd Abdellounu heyətinə qatıb. "Ştutqart" bu futbolçu ilə 4 illik müqavilə imzalayıb. "Ştutqart"ın idman direktoru Fredi Bobiç bildirib ki, onlar böyük təcrübəyə sahib olan isveçli futbolçunun komandaya böyük fayda verə biləcəyinə ümid edirlər. M.Abdellou futbol üzrə Almaniya Bundesliqasında keçirdiyi 103 qarşılaşmada 47 dəfə rəqib qapılarına yol tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB