"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım "Şaxtyor"un baş məşqçisi Mirça Luçeskunu komandaya gətirməkdə israrlıdır. Siasport xəbər verir ki, artıq Ə.Yıldırım bu məqsədlə Ukraynaya yola düşüb.
Luçeskunun "Şaxtyor"la 2015-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq "Fənərbaxça" prezidenti rumıniyalı mütəxəssislə şəxsən görüşüb, onu razı salmağa çalışacaq.
"Mən Luçesku ilə şəxsən görüşmək üçün Ukraynaya gedirəm. "Şaxtyor"un sahibi Rinat Əhmədovdan Luçeskunun "Fənərbaxça"nın baş məşqçi postuna gətirilməsinə icazə verməsini xahiş edəcəyəm", - deyə Ə.Yıldırım bildirib.
Qeyd edək ki, cari mövsümün sonunda Aykut Kocamanın gedişindən sonra "Fənərbaxça"nın baş məşqçi postu hələ də boş qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB