Dünya çempionu, Olimpiya oyunlarının bürünc medalını əldə etdikdən sonra Avropada da hamıdan güclü olduğunu sübut edən Məhəmmədrəsul Məcidov bu qələbəyə görə çox sevincli olduğunu deyib. Siasport xəbər verir ki, Məcidov bu qələbəni atasına həsr etdiyini bildirib: "Final döyüşü ağır oldu. Rəqibim Sergey Kuzmin də özünü çoxdan sübut etmiş boksçudur, təcrübəlidir. Amma mən 3-cü raundda özümü ələ alaraq, daha yaxşı döyüşdüm və qələbəni təmin etdim. Bu qələbəni atama həsr etmək istəyirəm. Eləcə də federasiyamızın prezidenti Kəmaləddin Heydərova təşəkkür edirəm. Bizim qələbələrimiz həm də onun adı ilə bağlıdır. O, boks idman növünün inkişaf etməsi üçün əlindən gələni edir. Daim bizim diqqətimizə qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB