İntim qarşılığında oyun alqı-satqısı

İntim qarşılığında oyun alqı-satqısı

Livanlı futbol hakimi Əli Sabbah 6 aylıq həbs cəzasına məhkum edilib. 34 yaşlı referi aprelin 3-də Sinqapurda seks xidmətləri qarşılığında danışılmış oyunun təşkilində ittiham olunur.

Siasport xəbər verir ki, məhkəmə onun 2 yan xətt hakimi ilə birgə Asiya Futbol Konfederasiyasının Kuboku uğrunda Sinqapurun "Tampins Rovers" və Hindistanın "İst Benqal" komandaları arasındakı görüşün nəticəsinə təsir etdiklərini müəyyənləşdirib. Hər 3 hakim "lazımi" nəticəni təmin etmələrinin əvəzi kimi fahişələrin xidmətindən yararlandıqlarını etiraf edib. Matç "Tampins Rovers"in qələbəsi ilə yekunlaşıb – 4:2.

Qeyd edək ki, hakim köməkçiləri 3 aylıq həbsə məruz qalıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə