"Xəzər Lənkəran"ın istədiyi futbolçu "Zenit"də

"Xəzər Lənkəran"ın istədiyi futbolçu "Zenit"də

Adı bir çox klublarla, hətta "Xəzər Lənkəran"la da hallanan Andrey Arşavinin yeni klubu bəlli olub.

Siasport xəbər verir ki, rus futbolçu ikinci dəfə "Zenit"ə qayıdır. Klubla futbolçu arasında danışıqlar uğurla yekunlaşıb. 32 yaşlı Arşavin müqavilənin müddətinin yaxın günlərdə açıqlanacağı bildirilib.

Arşavin 2009-cü ildə 16,5 milyon avro qarşılığında "Zenit"dən "Arsenal"a keçib. Təcrübəli futbolçu "topçular"ın heyətində Premyer Liqada 105 oyunda iştirak edib və 23 qol vurub. Ötən ilin fevral ayında Arşavin icarə əsasında 4 aylıq "Zenit"ə keçib. Futbolçunun "Arsenal"la müqaviləsi iyunun 30-da başa çatır və o, azad agent kimi "Zenit"ə gəlir.

Qeyd edək ki, "Arsenal" iyunun 5-də futbolçu ilə müqaviləni yeniləməyəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə