Saatlı rayonunda inşa edilən olimpiya idman kompleksi gələn ilin əvvəlində istifadəyə veriləcək.
Siasport rayonun İcra Hakimiyyətinə istinadən xəbər verir ki, kompleksin tikintisi üçün 6,5 hektar torpaq sahəsi ayrılıb.
İdman kompleksində iki mərtəbədən ibarət 5 kottec, uzunluğu 25, eni isə 12 metr olan su hovuzu, 900 nəfər tutumu olan tamaşaçı zalı, həmçinin futbol, voleybol, basketbol, tennis və digər idman növləri üçün yerlər hazırlanacaq.Hazırda tikinti meydançasında 100 nəfərdən çox işçi çalışır.Olimpiya idman kompleksi gələn ilin əvvəlində istifadəyə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB