Mourinyo: "İndi olmaq istədiyim yerdəyəm"

Mourinyo: "İndi olmaq istədiyim yerdəyəm"
"2007-ci ildə "Çelsi"dən qovulduğumla bağlı sözlər deyilirdi, amma bu doğru deyildi. Qarşılıqlı olaraq verilən qərar idi. Əlbəttə o zaman çox məyus olmuşdum. Amma sonra peşman olmadım. Çünki "İnter"lə Çempionlar Liqasını qazandım. Karyeramın ən yaxşı dönəmini keçirdim. "Real"da olduğum vaxtda bir mövsümdə La Liqada ən çox xal toplayan komanda olduq. "Çelsi" ilə problemlər olsaydı, bu gün yenidən burada olmazdım".
Siasport-un Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri "Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni klubunda keçirdiyi ilk mətbuat konfransında deyib.


London klubuna yenidən qayıtdığı üçün özünü çox xoşbəxt hiss edən portuqaliyalı mütəxəssis deyib: "İlk dəfə keçmişdən sevdiyim bir kluba dönürəm. Hazırda əldə etdiyim uğurlara görə, daha çox təyziq hiss edirəm,lakin buna baxmayaraq, bu işi seçmişəm. Azarkeşlərlə aramızda çox yaxşı münasibət var. Mən bu gündən etibarən etdiklərimlə sevilmək istəyirəm. Hələ də eyni adamam. Ancaq sözsüz ki, doqquz ildən sonra bəzi məsələlərə yanaşma tərzim dəyişib. Bu dəfə də burada daha çox qalmağa hazıram. Çünki olmaq istədiyim yerdəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə