Beynəlxalq Сüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. Siasport xəbər verir ki, son siyahda idmançılarımızın xüsusi fərqi gözə çarpmıyıb.
Belə ki, Ramilə Yusubova (63 kq) 1 pillə geriləyərək, 38-ci yerdə qərarlaşıb. İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Tural Səfquliyev, Elnur Məmmədli (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) isə öz mövqelərində qalıblar. Onlar müvafiq olaraq, yenə 25-ci, 9-cu, 26-cı, 10-cu, 24-cü, 32-ci, 11-ci, 2-ci, 6-cı və 21-ci yerdədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB